Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 19:48
"Baidu" və "Samsung Electronics" şirkəti yarımkeçiricilər bazarında əməkdaşlığa başlayıblar. Şirkətlər süni intellekt, bulud və periferiya hesablamaları ilə bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş "Baidu Kunlun" çipi hazırlayıblar.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, çip "Baidu" şirkətində hazırlanmış neyron prosessorlar üçün arxitekturadan, həmçinin 14 nm-lik texnoloji proses və "Samsung"un "I-Cube" həllindən istifadə edir.
Yenilik 512 Qbit/s yaddaş ötürmə qabiliyyətinə və 260 TOPS məhsuldarlığa malikdir.
"Samsung"un fabriklərində hazırlanacaq çipin kütləvi istehsalı 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.