Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onkoloqlar dərmanların keyfiyyətindən şikayət etdi - Uşaqlarda ciddi əks təsirlər yaradır

Onkoloqlar dərmanların keyfiyyətindən şikayət etdi - Uşaqlarda ciddi əks təsirlər yaradır

Tarix: 3 Yanvar 2020 07:24

Rusiyanın məşhur Bloxin adlı onkoloji xəstəxanasının uşaq onkologiyası üzrə həkimlər səhiyyə nazirinə uşaq onkoloji xəstələri üçün olan ceneriklərin toksiki olması və effektsizliyindən şikayətləniblər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, xəstə uşaqların terapiyasında çox istifavə olunan vinkristin, ifosfamid, doksorubisin, çiklofosfamid, melfalanom, etopozidom, topotekanın aşağı, zəif aktivliyi, ciddi əks təsirləri olması aşkarlanıb.

Zərərli təsirlərdən ürəyin sol mədəciyinin fraksiyasının pozulması, neyrotiksiki effekt, bağırsaq keçməməzliyinin yaranması göstərilib.

Bu dərmanların yaratdığı əks reaksiyaların ciddiyiliyi həkimləri kimya kursları arasında intervalı uzatmağa və bu yan təsirləri aradan qaldıran əlavə müalicə təyin etməyə vadar edir. Bu da uşaqlarda xərçəngin müalicəsinin effektivliyini sual altına alır və uşaqlar arasında ölüm dərəcəsini artırır.


Etiketlər:  Onkoloqlar dərmanların keyfiyyətindən şikayət etdi Uşaqlarda ciddi əks təsirlər yaradır


RƏYLƏR