Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 07:42
İstanbulun tarixi yerlərini 2019-cu ildə rekord sayıda xarici turist ziyarət edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Saraylar İdarəsindən məlumat verilib.
Məlumata əsasən, ötən il İstanbulda yerləşən tarixi saray, köşk və digər bu kimi tikililəri ümumilikdə 1 milyon 815 min turist ziyarət edib. Bu rəqəm 2018-ci il ilə müqaisədə 27 faiz artaraq rekord saya çatıb.
Sarayların sadəcə bağçalarını ziyarət edənlərin sayı isə 100 min nəfər olub.