Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 10:40
ABŞ-ın İrandakı maraqlarını qoruyan İsveçrә sәfirliyinin müvәqqәti işlәr vәkili İran Xarici İşlәr Nazirliyinә çağırılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran XİN-in mәtbuat katibi Abbas Musәvi Twitter sәhifәsindә yazıb.
A.Musәvinin sözlәrinә görә, müvәqqәti işlәr vәkilinә İranın sәrt notası tәqdim edilib.
Mətbuat katibi bildirib ki, general Süleymaninin ölümü ilә әlaqәdar notada ABŞ-ın mәsuliyyәt daşıdığı qeyd olunub.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.