Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019-cu illə bağlı hansı proqnoz yalan çıxdı?

2019-cu illə bağlı hansı proqnoz yalan çıxdı?

Tarix: 3 Yanvar 2020 14:20

Tanınmış parapsixoloq Həsən Həsrətli 2018-ci ilin dekabrında 2019-cu ildə baş verəcək hadisələrlə bağlı proqnoz vermişdi. O, Donuz ilini "çirkablıq və murdarlıq" ili kimi qiymətləndirmiş və əlavə etmişdi ki, 2019-cu il çətinliklərlə dolu il olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "Baku.ws" saytına açıqlama verən H.Həsrətli 2019-cu ildə Rusiyaya rəhbərlik edənlərlə bağlı problemlər yaranacağını bildirmişdi. Qeyd etmişdi ki, ümumilikdə 2019-cü il Rusiya üçün narahatlıqlar və çətinliklər ili olacaq.

Sitat: "Amerika dövləti üçün də gələn il çətinliklərlə dolu dövr kimi yadda qalacaq. ABŞ başçısı qəfildən xəstəliyə tutulacaq. 2019-cu ildə bu dövlət üçün heç də xoş keçməyəcək. Gələn il Türkiyədə fevral-mart ayında qatma-qarışıqlıq olacaq. Mart ayından sonra Türkiyədə hər şey yerini tapacaq, sakitlik olacaq. Lakin Türkiyədə idarəçilik 2019-cu ilin 7 ayında Amerika dövlətinə aid olacaq. Çin, Yaponiya kimi ölkələr ilin sonuna yaxın dünyada böyük gücə sahib olacaq. 2019-cu ildə İran da öz gücünü göstərmək istəyəcək. Lakin sona qədər hərəkət edə bilməyəcək və geri addım atacaq".

H.Həsrətli 2019-cu ildə Ermənistanda müsəlmanlığa marağın artacağını proqnozlaşdırmışdı:

"Orada çoxsaylı insan islamı qəbul edəcək. Hazırda çətin dövrlər keçirirlər və çətinlik 2019-cu ildə daha da artacaq. Ermənilər Rusiyadan əl çəkib, Amerikaya yönəlmək istəyirlər. Bunun nəticəsində ermənilər ortalıqda qalacaq".

H.Həsrətli Azərbaycanla bağlı bildirmişdi ki, ölkədə güclü böhran baş verəcək:

"Dünyada maliyyə böhranı tüğyan edəcək. 2019-cu ildə bu böhran Azərbaycandan da yan keçməyəcək. 2019-cu ildə Azərbaycanda güclü böhran gözlənilir. Nazirlərdən biri çox ağır xəstəliyə tutulacaq. Ola bilər ki, o, dünyasını dəyişsin. Röya 2019-cu ildə səhhətilə bağlı çox ehtiyatlı olmalıdır. O, canında olan xəstəliklə mübarizə aparır və onun qarşısını almaq üçün çalışacaq".

2019-cu il üçün verilən bu proqnozlar maraq doğursa da, demək olar ki, heç biri özünü doğrultmayıb.

Belə ki, parapsixoloqun dediyi kimi, 2019-cu il Amerika üçün heç də çətinliklərlə dolu il olmadı. ABŞ başçısı Donald Trampın ağır xəstəlik keçirmədiyi də hamıya məlumdur.


Etiketlər:  2019 illə bağlı hansı proqnoz yalan çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ