Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 15:48
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosu ayrı-ayrı bölgələr üzrə yanvarın 4-nə olan hava proqnozunu açıqlayıb.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.net-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında
Gün ərzində arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.
Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.