Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ: İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır

Aİ: İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır

Tarix: 4 Yanvar 2020 13:42

İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin yaydığı bəyanatda bildirilir.

Bəyanatda Aİ-nin İran və ABŞ-ı təmkinli olmağa çağırması yer alıb:

"Aİ bütün iştirakçıları və təsir gücünə malik tərəfdaşları maksimum təmkinli və məsuliyyətli olmağa çağırır. Əks təqdirdə İraqda sabitliyin bərpası üçün göstərilən səyləri təhlükə altına ata bilər. Davam edən eskalasiya bütün regionu təhdid edir. Yaxın Şərqdə vəziyyətin sabitləşməsi istiqamətində uzunmüddətli həll yolları təklif etmək üçün daha çox dialoq və qarşılıqlı anlaşmanı artırmaq vacibdir. Aİ gərginliyi azaltmaq və münaqişənin dinamikasının zəifləməsinə töhfə vermək üçün bütün tərəflərlə işləməyə hazırdır".


Etiketlər:  İraqdakı mövcud zorakılıq nəzarətdən çıxmamış dayandırılmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ