Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 19:30
Müntəzəm və analizlərə diqqət yetirmədən D vitamini qəbulu böyrəklərə pis təsir edib, gözlənməyən problemlər yarada bilər.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın 2 saylı nefroloji xəstəxanasının baş həkimi bildirib.
O bildirib ki, kor -koranə, hətta analizdə D əskikliyi olsa da dozanı dəqiqləşdirmədən və qanda kalsiumun səviyyəsini bilmədən D vitamini qəbul etmək neftotoksiki təsir edir.
D vitamin və kalsiumun doza artıqlığı hiperkalsemiyaya səbəb olur ki, bu da böyrəkləri zədələyir.
D vitamini qəbul edənlər qanda kalsium və fosforun səviyyəsini daim nəzarətdə saxlamalıdırlar.
"Mən bunu nəzərə çatdırmaqla insanları vitamin D-dən uzaq tutmaq istəmirəm. Qışda, soyuqda Günəş olmadığı vaxt D vitamini vacibdir. Lakin aşırı dozanın, xüsusən kalsium və fosforun artmasının nefrotiksiki olmasını bilməlisiz. D vitamini qəbulundan əvvəl, kursun ortasında və sonunda qanda kalsium, fosfor analizini verin".