Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 10:14
ABŞ Avstraliyadakı yanğınların söndürülməsinə kömək etmək üçün 100-dən çox insan göndərib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Aydaho ştatı Milli İdarələrarası Yanğın Mərkəzində bildiriblər.
Vurğulanıb ki, son dörd həftə ərzində ABŞ, Kaliforniya ştatı da daxil olmaqla, bütün ölkədən Avstraliyaya 100-dən çox yanğınsöndürən göndərib:
"Yaxın gələcəkdə bu iş üçün daha çox resurs səfərbər etmək planları var. Avstraliyalı həmkarlarımızla sıx işləyirik və onlarla əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".