Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 11:06
Azərbaycanın tanınmış qadın idmançısı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bildirilib ki, Nicat İsrafilov kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib. Ali Məhkəmə onun müraciətini təmin edib.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 67 min manat pul olan seyf oğurlanıb.
Hadisədən bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs ediliblər. Onları Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb. Oğurluq edən Nicat İsrafilov Fəridə Əzizovanın rəfiqəsinin bacısının sevgilisi idi.