Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 14:28
"Real Sociedad" baş məşqçisi İmanol Alqvasil ilə müqavilənin müddətini uzatmağa qərar verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda başa çatacaqdı. Yeni müqaviləyə əsasən bu müddət 2021-ci ilin yayına qədər uzadılıb.
Alqvasil "Real Sociedad"ı 2017/18 mövsümündən çalışdırır. 2018-ci ilin mayında o, yerini Asyer Qaritanoya versə də, həmin ilin dekabr ayından etibarən yenidən baş məşqçi postuna qaytarılıb.
Qeyd edək ki, "Real Sociedad" cari mövsümdə 18 oyuna 31 xal toplayıb və La Liqada 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.