Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 15:16
Bakı. Elnur Bağışov - Trend:
ABŞ-ın İrandakı mənafeyin qoruyan İsveçrə səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Abbas İraqçı deyib.
A.İraqçının sözlərinə görə, İsveçrə səfirinə ABŞ prezidentinin təhdid xarakterli və beynəlxalq qanunları pozan açıqlamalarına qarşı İranın sərt notası elan olunub.
ABŞ prezidentinin İranın mədəniyyət mərkəzlərinə hücumuna dair hədəsinə münasibət bildirən nazir müavini deyib ki, belə hücumlar beynəlxalq qanun-qaydalara əsasən “hərbi cinayət” hesab olunur:
“İran İslam Respublikası heç bir təhdidin altına düşməyəcək, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə hər hansı addıma cavab verməyə hazırdır”.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.
Qeyd edək ki, son iki gün ərzində İsveçrə səfiri artıq üçüncü dəfədir İran Xarici İşlər Nazirliyinə çağırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!