Tarix: 5 Yanvar 2020 17:44
“Sumqayıt”ın Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi müəyyənləşib.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Ayxan Abbasovun komandası yanvarın 14-də Macarıstanın 2-ci liqa təmsilçisi “Rakotsi” ilə üz-üzə gələcək. "Sumqayıt" yanvarın 18-də isə Rumıniyanın yüksək liqasında çıxış edən "Politexnika" ilə qarşılaşacaq.
Xatırladaq ki, “Sumqayıt” hazırlıq müddətində yanvarın 21-də “Arka” (Polşa) ilə də qarşılaşacaq.