Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 02:32
Yanvar ayından etibarən Almaniyanın yol hərəkəti qaydaları kodeksində nəzərdə tutulan cərimələrin yeni kataloqu qüvvəyə minib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məsələn, avtobanda qəzadan sonra təcili yardım və xilasedicilər karetlərinə yol verməyən sürücülər əvvəlki 200 avro əvəzinə 320 avro məbləğində cərimələnəcəklər. Piyadalar və ya velosipedçilər üçün nəzərdə tutulan yollarda dayanan sürücülər isə 15 avro əvəzinə 100 avro məbləğində cərimə ödəməli olacaqlar.