Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 16:21
Bakı. Trend:
Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Onunla birlikdə olan daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!