Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 15:26
Bakı. Samir Əli - Trend:
Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən, diametri 1 200 mm olan su kəmərində axıntı baş verib.
Bu barədə Trend-ə "Azərsu" ASC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində Ceyranbatan və Saray qəsəbələri və Bağlar yaşayış massivinə içməli suyun verilməsində fasilə yaranıb: "Hazırda problemin aradan qaldırılması üçün əraziyə qəza xidməti cəlb edilib, problem aradan qaldırılır. Yaxın saatlarda problem aradan qaldırılacaq və həmin qəsəbələrə içməli suyun verilməsi təmin olunacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin