Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 10:50
Müğənni Şəbnəm Tovuzlu İnstaqram səhifəsində yayımladığı fotoları ilə müzakirələrə səbəb olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi qaçış xalçasında çəkilən şəkillərinə "Gündə 30 dəqiqə, 8,5 sürətlə. Çox yaxşı nəticə ala bilərsiniz" sözlərini yazıb.
Şəbnəmin fotoşopla özünü arıqlatması və boyunu uzatması ələ salınıb. Müğənni o qədər fotoşop edib ki, arxada pərdə və divar da əyilib. izləyicilər onun şəklinə "Sizin divarlarınız da ömürboyu əyri oldu", "Boğazınızı elə bil çox uzatmısınız" kimi şərhlər yazıblar.
Şəbnəmin fotolarında tənqid edilən digər məqam isə onun qaçış xalçasına idman ayaqqabısı ilə yox, "makasin"lə çıxması olub.