Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan XİN Avstraliyaya başsağlığı verib

Azərbaycan XİN Avstraliyaya başsağlığı verib

Tarix: 7 Yanvar 2020 18:00

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyaya başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilir.

Paylaşımda deyilir:

“Avstraliyada yanğınlarda həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”.

Xatırladaq ki, Avstraliyanın cənub-şərqindəki meşə yanğınında ölənlərin sayı 25-ə çatıb.

Hazırda ştatda 136 meşə yanğını qeydə alınıb, onlardan 69-u hələ də lokallaşdırılmamış qalır. Yanğına qarşı 2,5 mindən çox yanğınsöndürən və yüzlərlə xüsusi texnika, o cümlədən 90 ağır təyyarə mübarizə aparır.

Ötən ilin oktyabr ayının ortalarından başlayan genişmiqyaslı yanğınlar nəticəsində 6,5 milyon hektardan çox meşə sahəsi, 2 minə yaxın yaşayış binası və 3 minə yaxın inzibati və təsərrüfat binası məhv olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan XİN Avstraliyaya başsağlığı verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ