Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 09:52
Bakı. Trend:
“Azəriqaz” İstehsalat Birliyi bayram günlərində müştəri xidmətləri sahəsində xeyli insanın müraciətinə baxıb.
Qurumdan Trend-ə verilən məlumata görə, 2019-cu il dekabr ayının 31-dən 2020-ci il yanvar ayının 6-sı da daxil olmaqla 3070 xidmət göstərilib.
Bunun 1873-ü Birliyin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Xırdalan, Mərdəkan və Sabunçu xidmət sahələri vasitəsilə həyata keçirilib. Qalan 1197 xidmət isə 6 yanvar tarixində “ASAN Kommunal” mərkəzlərində icra olunub. Ümumilikdə 70 halda sayğacın əvəz olunması təmin edilib. Xidmətlərin 80 %-i isə uğursuz əməliyyatlar və koda düşmüş kartların aktivləşdirilməsi ilə bağlıdır.
Məlumat üçün qeyd edək ki, 2019-cu ilin payız-qış mövsümü başladıqdan sonra (sentyabr, oktyabr, noyabr və dekabr aylarında) 150 min nəfərə müştəri xidməti göstərilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin