Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 10:00
Bakı. Elnur Bağışov - Trend:
İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin motor hissəsində yanğın baş verib.
Trend-in məlumatına görə, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz IRNA-ya açıqlamasında deyib.
Q.Biniyazın sözlərinə görə, pilotun təyyarəni idarə edə bilməməsi qəzaya səbəb olub.
Nazirlik rəsmisi bildirib ki, Ukrayna hava yolları şirkətinə məxsus Boeing 737 təyyarəsi hər hansı raketlə vurulmayıb: "Təyyarə vurulsaydı, havada partlayardı. Ukrayna istiqamətində havaya qalxan təyyarədə 167 sərnişin və 9 ekipaj heyəti olub.
Nazirlik rəsmisi təyyarədə həm İran, həm də digər ölkələrin vətəndaşlarının olduğunu deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin