Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 10:14
İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin motor hissəsində yanğın baş verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz IRNA-ya açıqlamasında deyib.
Q.Biniyazın sözlərinə görə, pilotun təyyarəni idarə edə bilməməsi qəzaya səbəb olub.
Nazirlik rəsmisi bildirib ki, Ukrayna hava yolları şirkətinə məxsus Boeing 737 təyyarəsi hər hansı raketlə vurulmayıb: "Təyyarə vurulsaydı, havada partlayardı. Ukrayna istiqamətində havaya qalxan təyyarədə 167 sərnişin və 9 ekipaj heyəti olub.
Nazirlik rəsmisi təyyarədə həm İran, həm də digər ölkələrin vətəndaşlarının olduğunu deyib.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet