Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzahir Pənahov: Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur

Məzahir Pənahov: Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur

Tarix: 8 Yanvar 2020 16:56

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir.

Sədr bildirib ki, MSK çatışmazlıqları aradan qalıdrmaq üçün bütün addımları atacaq: “Heç bir seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. Hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Əgər dairə seçki komissyalarının üzvləri öz sahələrinə aid məsələni araşdırmalıdır. Əgər hər hansı bir məsələ ilə bağlı çətinlik olarsa bununla bağlı mərkəzi Seçki Komissiyasına müraciıt edilməlidir və Mərkəzi Seçki Komissiyası məsələnin aradan qaldırılması üçün lazımi addımları atacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məzahir Pənahov Heç seçki komissiyasının prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ