Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 20:00
ABŞ-la İran arasındakı gərginlik təhlükəli səviyyəyə çatıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Türk axını" qaz kəmərinin açılışı mərasimində deyib.
O bildirib ki, Türkiyə regionun hərbi əməliyyatlar zonasına çevrilməsini istəmir:
"Heç kimin öz maraqları uğruna bütün regionu yanğın bölgəsinə çevrimək ixtiyarı yoxdur. Biz əlimizdə olan bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına qərq olmasına icazə verməyəcəyik".