Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qapıdan gizlincə qulaq asdım - Arvadını yad kişilərlə tutan ər efirə çıxdı

Qapıdan gizlincə qulaq asdım - Arvadını yad kişilərlə tutan ər efirə çıxdı

Tarix: 8 Yanvar 2020 23:26

Arvadının xəyanət etdiyini iddia edən kişi efirə çıxıb.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, ARB TV-nin "Elgizlə izlə" verilişinə çıxan Eldəniz adlı kişi həyat yoldaşı təfərindən xəyanətə uğradığını bildirib.

O, vurğulayıb ki, boşanmış qadınla evlənib.

"Onu uşağı olmamağı üstündə boşamışdılar. Biz evlənəndən 5 il sonra övladı oldu.

Uşağımız olandan 8 gün sonra həyat yoldaşımı başqası ilə telefonla danışanda tutdum.

Dedi Moskvada əmimlə danışıram, dayımla danışıram.

Polisə və prokurorluğa müraciət etdim. Dedilər nömrə izlənəcək, lakin bir xəbər çıxmadı", - deyə Eldəniz bildirib.

Həyat yoldaşının xəyanətini bağışlasa da, sonradan yenə də aldadılıb.

"İşdən evə gələndə qapıdan gizlincə qulaq asdım. Gördüm ki, telefonda kimləsə danışır, ağlayır. Ağlaya-ağıaya deyir ki, nə vaxta kimi məni incidəcəksən, özümü öldürəcəyəm".

Eldəniz iddia edib ki, arvadı evlərinin altında xüsusi yer açıb. Evdə adam olmayanda yad kişilərlə həmin yerdə görüşürmüş.


Etiketlər:  Qapıdan gizlincə qulaq asdım Arvadını kişilərlə tutan efirə çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ