Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk “Sony” elektromobili təqdim edilib

İlk “Sony” elektromobili təqdim edilib

Tarix: 9 Yanvar 2020 08:44

"Sony" şirkəti "CES 2020" sərgisində "Bosch", "NVIDIA", "Continental", "Magna" və "Genetex" kimi nəhənglərlə tərəfdaşlıq haqqında saziş imzalayaraq ilk elektromobilin prototipini təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Sony Vision-S" adlı konseptual avtomobil ilk növbədə müasir texnologiyaların avtomobil sənayesində istifadəsini nümayiş etdirir. Şirkət bir neçə il ərzində avtomobil idarəetməsini daha rahat edən avtomobil sensorlarının inkişafı üzərində çalışıb.

Nəticədə "Vision-S" avtomobilin həm eksteryerinə, həm də interyerinə tam nəzarət edən 33 sensorla təchiz edilib. Ötürücülər lazımi təhlükəsizliyi təmin edərək piyadaların vurulmasını və avtomobillərlə toqquşmaların qarşısını alır. "Sony" nümayəndələrinin sözlərinə görə, avtomobildə "Reality Audio" panoram səs texnologiyası ilə təchiz edilən informasiya əyləncə sisteminə xüsusi diqqət yetirilib.

"Vision-S" platforması sənaye nəhəngi "Magna" tərəfindən hazırlanıb.

Avtomobilin texniki xüsusiyyətləri, o cümlədən avtopilot sisteminin inteqrasiyası və satışa çıxarılma müddəti barədə məlumat verilmir.


Etiketlər:  İlk Sony elektromobili təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ