Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 09:48
"Segway" şirkətinin mühəndisləri yeni nəqliyyat vasitəsi – yumurta formasında kreslo kapsul yaradıblar. Bu haqda "The Verge" nəşri yazıb.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, özünü balanslaşdıran yumurta formasında "S-Pod" elektrik kapsulu istifadəçiyə bədəni əymədən qurğunu idarə etməyə imkan verir. "S-Pod" hərəkət zamanı oturmağa imkan verir, sürətin və istiqamətin idarə edilməsi isə oturacağa quraşdırılmış coystiklə həyata keçirilir.
"S-Pod" saatda 38 km sürətlə hərəkət edə bilər. Bu halda hələ ki kapsulun avtonom işləmə müddəti bilinmir. "S-Pod" kapsulunun tam təqdimatı və satışa çıxarılması 2020-ci ilin üçüncü rübündə olacaq.
Emil Hüseynov