Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan''ın hücumçusu Premyer Liqa klublarının hədəfində

''Milan''ın hücumçusu Premyer Liqa klublarının hədəfində

Tarix: 9 Yanvar 2020 18:36

"Milan" Zlatan İbrahimoviçin transferindən sonra hücumçusu Kriştof Pyonteki satmağı düşünür.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, İngiltərənin "Aston Villa", "Nyukasl" və "Tottenhem" klubları polşalı forvardla maraqlanır.

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Harri Keynin 2 aylıq sıradan çıxmasından sonra yeni hücumçunun alınmasını rəhbərlikdən tələb edib. Portuqaliyalı mütəxəssis Pyonteklə irəli xəttdəki boşluğun aradan qalxacağına ümid edir.

"Milan" 24 yaşlı forvarddan istədiyi performansı almadığı üçün satmağı planlaşdır. "Qırmızı-qaralar" ötən il "Cenoa"dan 38 milyon avroya transfer etdiyi oyunçunu sərfəli təklifə buraxmağa hazırdır.

Pyontek bu mövsüm Seriya A-da 18 oyuna 4 qol vurub.

Milli.Az


Etiketlər:  Milanın hücumçusu Premyer Liqa klublarının hədəfində


RƏYLƏR