Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 12:18
“Leyptsiq”in avstriyalı yarımmüdafiəçisi Ştefan İlzanker zorlamada ittiham olunur.
Qol.az AFR-ə istinadən yazır ki, Zalsburq şəhərinin prokurorluğu bununla bağlı araşdırmaya başlayıb. Futbolçudan şikayəti 26 yaşlı qadın yazıb. O, Zalsburqda mənzildəki bir partidə futbolçu tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib.
Futbolçunun vəkili isə bu ittihamı rədd edib. “Onun izahatında ziddiyyətli məqamlar var” – deyə hüquqşünas bildirib.