Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 13:27
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində MDB Müşahidə missiyasının açılması yanvarın 19-da və ya 20-də planlaşdırılır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə MDB-nin Müşahidə missiyasının fəaliyyətinin təmin olunması şöbəsindən bildiriblər.
Qeyd olunub ki, MDB-nin icraiyyə komitəsi Azərbaycan hökumətindən parlament seçkiləri üçün dəvət alıb:
"MDB Müşahidə missiyası barədə müddəalara uyğun olaraq biz MDB dövlətlərinə məktublar yollamışıq və missiya üçün namizədlərin təklif olunmasını xahiş etmişik. Missiyanın yanvarın 19-da və ya 20-də açılması planlaşdırılır".
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.