Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 19:54
Peşəkar Futbol Liqasının nümayəndələri bu gün “ASK Arena”ya son baxış keçiriblər.
Bu haqda Qol.az-a PFL-in Texniki İdman Şöbəsinin Elgiz Abbasov məlumat verib.
“Stadionu “Keşlə” – “Qaradağ Lökbatan” oyunu zamanı yoxladıq. Qazonda, otaqlarda, ən əsası projektorlarda hər şey qaydasındadır. Kiçik çatışmazlıqlar var ki, bunlar da tez bir zamanda aradan qaldırılacaq məqamlardır. “Keşlə” qış fasiləsindən sonra ev oyunlarını məhz “ASK Arena”da keçirəcək” – deyə o bildirib.
Xatırladaq ki, 2019-cu ilin sentyabrından “ASK Arena”nın süni qazonu yenisi ilə dəyişdirilib. Bu səbəbdən həmin vaxtdan “Keşlə” ev oyunlarını orada keçirə bilməyib.