Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' oyunun vaxtını açıqladı

''Sabah'' oyunun vaxtını açıqladı

Tarix: 10 Yanvar 2020 22:18

“Sabah”ın Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunun başlama saatı müəyyənləşib.

Qol.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Macarıstanın “Pakş” klubuna qarşı matç sabah yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) başlayacaq. Görüş Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

 


Etiketlər:  Sabah oyunun vaxtını açıqladı


RƏYLƏR