Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 10:16
Peşəkar Futbol Liqasının nümayəndələri "ASK Arena"ya son baxış keçiriblər.
Sonxeber.net xəbər verir ki, onlar arenanın qış fasiləsindən sonra "Keşlə"nin oyunlarına ev sahibliyi etməsinə hazır olduğuna qərar veriblər.
Bunu PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov açıqlayıb. O, sosial şəbəkə hesabında bunları qeyd edib:
"Görülən əsaslı işlərdən sonra "ASK Arena"ya son baxış keçirdik. Stadionu "Keşlə" - "Qaradağ Lökbatan" oyunu zamanı yoxladıq. Qazonda, otaqlarda, ən əsası projektorlarda hər şey qaydasındadı. Kiçik çatışmazlıqlar var ki, bunlar da tez bir zamanda aradan qaldırılacaq məqamlardı. "Keşlə" qış fasiləsindən sonra ev oyunlarını məhz "ASK Arena"da keçirəcək. Bu münasibətlə "Səbail"i də təbrik edirəm".
Qeyd edək ki, "Keşlə" mövsümün əvvəlindən ev oyunlarını məhz "Səbail"in stadionu kimi tanınan "ASCO Arena"da keçirirdi. Bunun səbəbi də 2019-cu ilin sentyabrından etibarən "ASK Arena"nın süni qazonunun yenisi ilə dəyişdirilməsiydi.