Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir: Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub

Nazir: Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3 faizdən çox olub

Tarix: 15 May 2019 13:21

Bakı. Mətanət Nəsibova - Trend:

2019-cu ilin birinci rübündə Azərbaycanın kənd təsərrüfatı sahəsində artım 3,6 faiz təşkil edir və bu tendensiya ilin sonunadək davam edəcək.

Trend-in məlumatına görə, Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda “Caspian Agro 2019” sərgisinin açılışında deyib.

Nazir bu sahədə innovasiyaların tətbiqinin və qida təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Sərgi barədə danışan İ.Kərimov qeyd edib ki, bu tədbir fermerlərə kənd təsərrüfatı sahəsində ən son yeniliklərlə tanış olmağa imkan verəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nazir Azərbaycanın kənd təsərrüfatı sahəsində artım faizdən çox olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ