Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 20:12
Bildiyinmz kimi, Microsoft ildə iki dəfə- yazda və payızda Windows 10 üçün böyük yenilənmə buraxır. Bir zamanlar şirkətin bildirdiyinə görə, Windows 10 yalnız növbəti əməliyyat sistemi deyil, xidmətdir. Buna görə də, yaxın gələcəkdə şərti Windows 11-i gözləmək lazım deyil.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, eyni zamanda, 2019-cu ildəki iki böyük yeniləmə "bərabər hüquqlu" deyildi. Bahardakı yeniləmə bir çox yeni xüsusiyyətləri və həlləri gətirib, payızdakı isə daha çox optimallaşdırma və təkmilləşdirməyə yönəldilib.
Mənbələr iddia edirlər ki, cari ildə də vəziyyət təkrarlanacaq. Windows 10-un 20H1 bahar yeniləməsi artıq hazırdır. O, yeni funksiyalar və dəyişikliklər gətirəcək. Amma payız Windows 10-un 20H2-si yenə kiçik olacaq. Yəqin ki, bu şəkildə Microsoft həm öz istehsalçılarının, həm də iri korporativ müştərilərin yükünü azaltmaq istəyir. Bundan əlavə, bu cür yanaşma şirkətin ƏS-də göstərilən səhvlərin sayını azaltmağa imkan verməlidir.