Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 22:52
Samsung, smartfon və planşetlərdə yazı yazmağı müasirləşdirir. Şirkətin CES 2020 fəaliyyətində tanıtmağı planlaşdırdığı görünməz klaviatura Selfie Type modelinin necə işlədiyini göstərən bir video ortaya çıxdı.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, bazara çıxardığı flaqman smartfonlar ilə bu sahədə ən məşhur və ən güclü markalardan biridir. Şirkət, önümüzdəki aylarda tanıdılması gözlənilən yeni Galaxy S modelləri ilə gündəmdə olsa da eyni zamanda fərqli məhsullar üzərində də işləyir. Samsung, Las-Veqasda təşkil edilən və 7 yanvar 2020-ci ildə başlayacaq olan CES 2020 fəaliyyətində maraqlı bir yenilik tanıtmağı planlaşdırır.
Ötən günlərdə Samsung, smartfon və planşetlərdə yazı yazmağı çox daha fərqli və asan hala gətirəcək bir xüsusiyyət barədə məlumat verib. Selfie Type adı verilən bu xüsusiyyət, cihazınızın ön kamerasını istifadə edərək süni intellekt alqoritmi sayəsində barmaq hərəkətlərinizi izləyir və sanki əlinizin altında bir klaviatura varmış kimi telefonunuz ya da planşetinizə yazı yaza bilmənizi təmin edir. Bu şəkildə telefona əlinizi vurmadan çox daha asan bir formada yazı yaza bilərsiniz.
Selfie Type, Samsung şirkətinin c-Lab qrupu tərəfindən hazırlanmış layihədir. Bu layihə smartfon və planşetlər üçün virtual bir klaviatura meydana gətirir və yazı yazmağı olduqca maraqlı bir şəkildə çox daha asan bir hala gətirir. Yəni Samsung şirkətinin yeni layihəsi, əllərinizin altında görünməz bir klaviatura meydana gətirir və bu klaviaturada yazı yazmaq üçün cihazınıza hər hansı bir təchizat qoşmaq lazım deyil.