Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 23:48
Ötən 10 il inqlab yaratmış bir sıra texnoloji qacet və tətbiqlərlə yadda qaldı. Əlbəttə ki, yeni texnoloji tətbiq və ya qacet yaradan şirkətlər onun innovativ həll yolu ilə gələcəyi kökündən dəyişdirəcəyinə inanırlar. Və bəzən, həqiqətən də, buna nail olurlar.
Sonxeber.net ted.az-a istinadən ötən on ilin ən yadda qalan və innovativ texnoloji kəşflərini təqdim edir.
2009-cu ildən fəaliyyətə başlayan mesaj xidməti istənilən müasir mobil cihazlarda istifadəçilərinə pulsuz mesaj yazmağa imkan yaradır. Bu tətbiqlə səsli və video görüntülü zənglər sərhədləri aşaraq mobil rabitə üçün standart hala gəldi.
Apple iPad
iPad Apple-ın planşet istehsalında kulminasiya nöqtəsi də hesab olunur. İPad istifadəyə verildikdən sonra bir neçə texnologiya şirkətləri ona meydan oxuyacaq istehsallara başladılar. Onlardan bəziləri uğurlu bəziləri isə uğursuzluqla yadda qaldı. Lakin iPad hələ də öz liderlik statusunu qoruyub saxladı. Və bu gün də planşet dedikdə il olaraq iPad yada düşür.
Uber və Lyft
UberCab 2010-cu ilin iyun ayında istifadəyə verilib. Bunun vasitəsilə insanlar sadəcə smartfonun bir düyməsini sıxmaqla taksi sifariş edirlər. İlk günlərdə xidmət sadəcə bəzi şəhərlərdə istifadəyə verilsə də, sonradan lüks maşın və limuzinlərdə də tətbiq olundu. 2012-ci ildə UberX-in tətbiqi isə daha ucuz qiymətə maşın yollarına hibrid avtomobillərini çıxardı. Lyft xidməti isə istifadəyə verildikdən sonra 10 il ərzində Uber-in ən ciddi rəqibi olaraq peyda oldu və bu gün də rəqibi qalmaqda davam edir.
İnstaqram
İnstaqram innovativ sosial şəbəkə rəqəmsal jurnal yaradaraq nəticədə firmalar, iş adamları, məşhurlar və həvəskarlar üçün son dərəcə əhəmiyyətli bir platformaya çevrildi.
Apple iPhone 4S
Orijinal iPhone-un 2007-ci ildə buraxılması müasir epoxanın ən əlamətdar hadisələrindən biri idi. Lakin 2011-ci ilin oktyabr ayında təqdim olunan iPhone 4S Apple şirkətinin biznes həyatında möhtəşəm bir dönəm yaratdı. Yeni cihaz yeni funksiya - Siri, iCloud ( iOS 5) və 8 meqapiksellə şəkil 1080p video çəkmə əlavə olundu.
Tesla Model S
2012-ci ilin iyun ayında təqdim edilən Tesla Model S modeli avtomobil bazarında ilk elektromobil deyildi. Təqdimatdan sonra mütəxəssislər sözügedən modeli Roadster kölgədə qoyduğunu və dünyaya yeni bir texnoloji möcüzə gətirdiyini bildirdilər.
Oculus Rift
Oculus virtual reallığı malik olan ilk qarnitur kimi bazarda kütləvi populyarlıq qazandı. Kickstarter şirkəti ilkin olaraq Oculus Rift üçün $250 məbləğ təyin etdi. Daha sonra isə onun qiyməti $600-a çatdı.
Amazon Echo
Sözügedən qurğu səslə idarə olunur və Alexa adına reaksiya verir. Lakin bu söz Amazon və Exo ilə əvəzlənə bilər. Bu sözləri ifadə etdikdə cümlə buluda ötürülərək təhlil edilir və daha sonra Amazonun personal assistentinə göndərilir.
Google Pixel
Pixel Android bazarında yüksək gəlir əldə etmədi, lakin kamera özəlliklərinə görə populyarlıq qazandı. Google proqramının intellektual imkanları ilə inkişaf etdirilən kamera texnologiyası cihaz istehsalçılarına sensorlar və linzalar hazırlamağa təkan verdi.
SpaceX Falcon Heavy
SpaceX şirkəti tərəfindən istehsal olunan Falcon Heavy - Amerikanın raket daşıyıcısı dünya kosmik raket daşıyıcısı tarixində mühüm rol oynayır.
"Falcon Heavy" raketində 27 mühərrik sinxron işləyir. Raketin ilk pilləsi mərkəzi blok və "Falcon 9" raketinin ilk pillələrinin təkmilləşdirilmiş formasında olan iki yan sürətləndiricidən ibarətdir.