Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanına qar yağıb

Səudiyyə Ərəbistanına qar yağıb

Tarix: 12 Yanvar 2020 10:22

Səudiyyə Ərəbistanının şimalında və İordaniya sərhəddinə yaxın olan Tabuk bölgəsində qar yağıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, yerli mətbuatın yaydığı məlumata görə, ağ örtüyə bürünmüş ölkədə təbiət hadisəsinə qarşı ehtiyat tədbirləri görülüb.

Səudiyyə Ərəbistanı Meteorologiya və Ətraf Mühitin Mühafizəsi Baş İdarəsindən edilən şərhdə deyilir: "Buludlar ölkənin şərq və cənub-qərb dağlıq bölgələrinə doğru hərəkət edir".

Tabukdakı Mülki Müdafiə Müdirliyi bölgənin şimal hissəsini qar yağması risklərinə qarşı hazır olmağa və hərtərəfli təcili yardım planı hazırlamağa çağırıb. Qurum, həmçinin vətəndaşları çölə çıxmamağa və diqqətli olmağa səsləyib.


Etiketlər:  Səudiyyə Ərəbistanına yağıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ