Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 17:14
"Keşlə"nin sabiq yarımmüdafiəçisi Pablo Podio karyerasını Qazaxıstanda davam etdirəcək.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu Premyer Liqada çıxış edən "İrtış"a keçib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq transferin detalları hələlik açıqlanmayıb.
2017-ci ilin dekabr ayından 2018-in yayına qədər "Keşlə"nin formasını geyinmiş 30 yaşlı Podio paytaxt klubunda cəmi 2 oyun keçirib.