Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” Antalyada ilk məşqə çıxdı – Dani zədəlidir

“Qarabağ” Antalyada ilk məşqə çıxdı –  Dani zədəlidir

Tarix: 12 Yanvar 2020 21:50

"Qarabağ" bu gün səhər saatlarında qış təlim-məşq toplanışının ikinci yarısı üçün Bakı - Antalya reysiylə Türkiyəyə yollanıb.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk gündə məşqə çıxıb.

Futbolçular yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) hazırlıqlara start verib. Fiziki hazırlıq və toplu çalışmalardan ibarət olan məşq təxminən 45 dəqiqə davam edib. Dünənki məşqdə zədələnən  Dani Kintana hazırlıq prosesində yer almayıb.

Qurban Qurbanovun komandası sabah iki məşqlə təlim-məşq toplanışını davam etdirəcək.
 


Etiketlər:  Qarabağ Antalyada məşqə çıxdı Dani zədəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ