Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qobustanda ana 3 azyaşlı övladı ilə qazdan zəhərləndi, xəstəxanaya yerləşdirildi

Qobustanda ana 3 azyaşlı övladı ilə qazdan zəhərləndi,  xəstəxanaya yerləşdirildi

Tarix: 13 Yanvar 2020 17:54

Qobustan rayonunda bir ailə dəm qazından zəhərlənib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə Qobustan şəhəri, M. Ə. Sabir küçəsi, ev 16-da baş verib.

Həmin evdə yaşayan, 1990-cı il təvəllüdlü Rəna Aslanova, övladları-2009-cu il təvəllüdlü Suvra Muradova, 2010-cu il təvəllüdlü Elçin Muradov və 2012-ci il təvəllüdlü Silarə Muradova yaşadıqları evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərləniblər. Ailə təcili Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım olunublar. Hazırda ailə üzvlərinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Qobustanda azyaşlı övladı ilə qazdan zəhərləndi xəstəxanaya yerləşdirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ