Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 20:12
“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussinin Yaponiya “Şonan Bellmar"ina keçidi rəsmiləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Elyunussinin son klubu İsveç AİK-i olub. 2019-cu ilin sonunda onun müqaviləsi başa çatıb.
Xatırladaq ki, norveçli oyunçu 2017-ci ilin yayında Ağdam təmsilçisi ilə müqavilə bağlasa da, zədəsi səbəbindən komandada möhkəmlənə bilməyib və cəmi altı ay sonra Azərbaycanı tərk edib.