Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2020 22:48
Son günlər Mərmərə bölgəsində yaşanan ardıcıl kiçik zəlzələlər böyük təkanların xəbərçisi ola bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İstanbul Texniki Universitetinin professoru Haluk Eyidoğan deyib.
"Bəzən bir həftə ərzində cüzi təkanlar olur və çoxu da hiss edilmir. Daha sonra bu zəlzələlər dayanır və daha şiddətliləri baş verir", - o bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin Mərmərə bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib.