Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Microsoft" "Windows 7" əməliyyat sistemi üçün texniki dəstəyi dayandırıb - YENİLƏNİB

Tarix: 14 Yanvar 2020 09:12

09:10

22 oktyabr 2009-cu ildə buraxılmış "Windows 7" əməliyyat sisteminə texniki dəstək və yenilənmə 14 yanvardan başlayaraq dayandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Microsoft" şirkətinin saytında xəbər yayılıb.

Xəbərdə deyilir: "10 illik fəaliyyətdən sonra, Windows 7 üçün dəstək yanvarın 14-dən etibarən dayandırılacaq. Keçidin çətin ola biləcəyini bilirik və bundan sonra nə ediləcəyinə dair tövsiyələrlə kömək etmək və texniki dəstəyin dayandırılması ilə bağlı suallara cavab vermək istəyirik".

Windows 7-də işləyən kompüterlər fəaliyyətini davam etdirəcək, lakin "Microsoft" artıq texniki dəstək göstərməyəcək və yeniləmələri buraxmayacaq. Şirkət, Windows 7 istifadəçilərinə OneDrive xidmətindən istifadə edərək fayl və fotoların surətlərini yaratmağı və Windows 10 əməliyyat sistemini istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, dünya üzrə istifadə olunan bütün kompüterlərin 26,6 faizi Windows 7 əməliyyat sistemi ilə çalışır.

----------
07:11

"Microsoft" korporasiyası bülleten dərc edərək korporativ sifarişçiləri "Windows Server 2008" və "Windows Server 2008 R2" server əməliyyat sistemlərinin dəstəklənməsinin dayandırılacağı barədə məlumatlandırıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 14 yanvar 2020-ci il tarixindən etibarən qeyd edilən əməliyyat sistemləri üçün təhlükəsizlik proqram və yenilənmələrinin buraxılışı dayandırılacaq. Bu isə öz növbəsində korporativ İT infrastrukturlarının mühafizə və etibarlılığı ilə əlaqədar riskləri artıra bilər. Serverlərin stabil və fasiləsiz fəaliyyətinin təmini üçün şirkət sifarişçilərə əməliyyat sistemlərini aktual versiyayadək yeniləməyi tövsiyə edir.

Yeni server əməliyyat sistemlərinə köçürülmə ilə bağlı daha ətraflı məlumatı "microsoft.com/cloud-platform/windows-server-2008" saytından əldə etmək mümkündür.

Xatırladaq ki, "Microsoft" korporasiyası "Windows Server 2008" və "Windows Server 2008 R2" ilə eyni vaxtda bazarda müxtəlif redaksiya və modifikasiyalarda təmsil olunan "Hyper-V Server 2008", "Hyper-V Server 2008 R2" və "Windows Storage Server 2008" əməliyyat sistemlərinin dəstəklənməsini dayandıracaq.

Milli.Az


Etiketlər:  Microsoft Windows 7 əməliyyat sistemi üçün texniki dəstəyi dayandırıb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ