Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 10:56
"Barselona"nın yeni baş məşqçisi Kike Setyen şahmat azarkeşi olduğu məlum olub.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, qrossmeysterlər Karyakin, Kramnik və Kasparova qarşı oynayıb.
61 yaşlı mütəxəssis müsahibləərinin birində şahmatla futbolu müqayisə edib: "Şahmat və futbolun oxşar cəhətləri var. Lövhənin və ya meydanın mərkəzinə nə qədər yaxşı nəzarət etsən, qalib gəlmək şansın daha çox olur. Şahmat oyunu mənə əvvəllər düşünmədiyim şəkildə futbolu təhlil etməyi və başa düşməyi öyrətdi. Bir müddətdən sonra nə olacağını proqnozlaşdırmaq vacibdir".