Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kontakt Home haqqında yalan məlumatlar yayan bəzi saytlar barədə Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət ünvanladı

Kontakt Home haqqında yalan məlumatlar yayan bəzi saytlar barədə Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına müraciət ünvanladı

Tarix: 14 Yanvar 2020 14:20

Bakı. Trend:

Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Kontakt Home mağazalar şəbəkəsi barədə həqiqəti əks etdirməyən, qərəzli və iftira dolu silsilə yazılar dərc olunur. Yazı müəllifləri araşdırma aparmadan, məsələlər ilə bağlı hər hansı dəqiq və dolğun məlumatlara malik olmadan, qanunvericiliyin tələblərini pozmaqla şirkət barəsində həqiqəti əks etdirməyən xəbər paylaşır, bununla da şirkətin işgüzar nüfuzuna qərəzli şəkildə ziyan vururlar.

Bildirmək istərdik ki, dərc olunan əsassız xəbərlər ciddi şəkildə nəzarətə götürülüb. Bu xəbərləri yayımlayan mətbu orqanları və şəxslər barədə artıq Azərbaycan Mətbuat Şurasına və hüquq-mühafizə orqanlarına tərəfimizdən müraciət ünvanlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kontakt Home haqqında yalan məlumatlar yayan bəzi saytlar barədə Mətbuat Şurasına hüquq mühafizə orqanlarına müraciət ünvanladı


RƏYLƏR