Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş məhkum hədə yolu ilə paytaxt sakininin 3000 dollarını alarkən saxlanılıb

Keçmiş məhkum hədə yolu ilə paytaxt sakininin 3000 dollarını alarkən saxlanılıb

Tarix: 14 Yanvar 2020 16:21

Bakı. Trend:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş müraciət əsasında əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, dələduzluq, əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və xuliqanlığa görə məhkum olunmuş A.Şirəliyev paytaxt sakini R.Abdiyevi hədələyərək 3000 dollarını alarkən saxlanılıb.


Etiketlər:  Keçmiş məhkum hədə yolu ilə paytaxt sakininin 3000 dollarını alarkən saxlanılıb


RƏYLƏR