Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 07:21
Bakı. Trend:
Azərbaycan minimum əməkhaqqı üzrə ölkələr reytinqində ilk beşliyə daxil olub.
Trend-in məlumatına görə, həmin reytinq Picodi.com internet-portalının analitikləri tərəfindən tərtib edilib.
Minimum əməkhaqqı artımına görə Azərbaycan 54 ölkə arasında ikinci yerdə qərarlaşıb. 2020-ci ildə nağd verilən pulun məbləği ötən ilə nisbətən 37,7 faiz artaraq 140 dollar təşkil edib.
Tədqiqat qanunverici orqanları tərəfindən minimum əməkhaqqı təyin olunan 54 ölkəni əhatə edib.
Ölkədən asılı olaraq, minimum əməkhaqqını məşğul əhalinin bir neçə faizindən (Avropada) yarısına qədəri (Afrikada) alır:
"2020-ci ildə ən böyük minimum əməkhaqqı artımını Nigeriyada (64,8 faiz) qeyd etmişdik. Lakin dollarla hesablayanda minimum ödəniş dünyada ən aşağı səviyyələrdən biri olaraq qalır (74 dollar). ABŞ, İspaniya, Cənubi Afrika və Latviya kimi bəzi ölkələrdə minimum əməkhaqqı 2019-cu ildən bu yana dəyişmədi. Qazaxıstanda minimum əməkhaqqı da eyni olaraq qaldı, lakin bu ildən bəri sığorta haqqının artımı səbəbindən işçinin nağd aldığı məbləğ azalıb".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin