Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 08:28
Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portunun 2019-cu ildə turizm hesabına gəliri 15 milyon avrodan çox olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Portu şəhər iqtisadiyyat, turizm və ticarət şurasının müşaviri Rixardo Valentenin sözlərinə görə, mədaxilin ən böyük hissəsi (38,19 faizdən çox) əvvəlki kimi yenə də mehmanxana müəssisələrinin payına düşür. Bu göstərici üzrə ikinci yeri tutan qonaq evləri 34,39 faiz, "Airbnb"-də gecələmə yerləri 27,43 faiz gəlir gətirir.
Avropanın ən qocaman turizm mərkəzlərindən biri olan Portu 1996-cı ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Son bir neçə ildə Portuda turizm xeyli inkişaf edib. Bu, Fransisko de Sa Karneyru aeroportundakı Ryanair mərkəzi ilə bağlıdır. 2015-ci ilin iyul ayında Leyhes limanında yeni kruiz terminalı açılıb.