Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 08:54
Keçən il AFR-də elektrik enerjisinin təqribən yarısı alternativ mənbələrdən istehsal edilib, kömürdən istifadə isə azalıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla belə ekologiya hərəkatlarının liderlərinin fikrincə, CO2 (karbon qazı) tullantılarının daha əhəmiyyətli dərəcədə azaldılmasına nail olmaq mümkündür.
Ötən il havaların küləkli keçməsi sayəsində külək generatorları tam gücü ilə işləyib və daş kömür, yaxud qonur kömür yandırmağa çox ehtiyac olmayıb. Bundan əlavə, kömürün yandırılması yolu ilə elektrik enerjisi istehsalının maya dəyəri artdığı üçün istilik elektrik stansiyaları məhsuldarlığı azaltmağa məcbur olublar. Məhz bu səbəbdən, 2019-cu ildə ətraf mühitə karbon qazı tullantıları 7 faiz azalıb.
Bütövlükdə ötən il kömür elektrik energetikasının rentabelliyi azalıb, yaşıl energetikanın iqtisadi cəlbediciliyi artıb.