Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung Galaxy S20” smartfonunun texniki xüsusiyyətləri açıqlanıb

“Samsung Galaxy S20” smartfonunun texniki xüsusiyyətləri açıqlanıb

Tarix: 15 Yanvar 2020 12:30

İnternet mənbələrində yeni “Samsung Galaxy S20” smartfonunun texniki xüsusiyyətləri barədə məlumatlar dərc edilib. “Android Central” nəşrinin məlumatına görə, bu, Cənubi Koreya şirkətinin yeni modellər seriyasında ən güclü qurğusu olacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, nəşr iki nüfuzlu mənbəyə – “MySmartPrice” portalının müəllifi İşan Aqvaral və “XDA-Developers” forumunun həmtəsisçisi Maks Veynbaha istinad edir. Onların məlumatına görə, “Galaxy S20 Ultra 5G” adlanacaq qabaqcıl qurğu beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) işi dəstəkləyəcək.

 

Bildirilir ki, yeni smartfon 108 meqapikselli əsas sensora malik 3 kamera, 10 optik zummerli 48 meqapikselli teleobyektiv və 12 meqapikselli ultrageniş obyektivlə təchiz ediləcək. Kiçik modifikasiya üçün 12 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş nəzərdə tutulub. Bundan başqa, seçim üçün 16 giqabaytlıq operativ və 256 və ya 512 giqabaytlıq quraşdırılmış yaddaşa malik modellər təklif olunacaq.

 

“Galaxy S20 Ultra 5G” smartfonunun fərqləndirici cəhətlərindən biri 5 min milliamper/saat tutumlu akkumulyator olacaq. Qurğunun batareyası 45 vatt gücündə sürətli enerji doldurmanı dəstəkləyəcək – akkumulyator enerjini sıfırdan 100 faizədək 74 dəqiqə ərzində toplayacaq.

 

Əvvəlki məlumatlara görə, Cənubi Koreya istehsalçısı tərəfindən 2020-ci ilin birinci yarısında üç smartfon – “Galaxy S20”, “Galaxy S20 ” və “Galaxy S20 Ultra 5G” buraxılacaq. Yeni modellərin nümayişi fevralın 11-də “Unpacked” tədbirində planlaşdırılır.

 

Nizam Nuriyev




Etiketlər:  Samsung Galaxy smartfonunun texniki xüsusiyyətləri açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ